14 May seçkilərinin böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin göstəricisidir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter“dəki paylaşımında deyilir.
Ərdoğan qeyd edib ki, səslərin sayılması prosesi davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir.
“Xalqımızın rəğbətinin səslərin sayılmasında öz əksini tapmasına sevinirik. Bütün dost və həmkarlarımdan, nə olursa olsun, nəticələr rəsmən yekunlaşana kimi seçki qutularından ayrılmamaqlarını xahiş edirəm. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm” , – deyə Ərdoğan bildirib.
Azinformasiya.az