Ərdoğan Rusiyada səfərdədir – Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə yollanıb.

Azinformasoya.Az xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Məlumata görə, Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq üçün Esenboğa hava limanından yola düşüb.

Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

***

Anadolu Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rusiyaya səfər edib.

Ərdoğanı Soçi Beynəlxalq hava limanında bir sıra rəsmi şəxslər qarşılayıb.

Qeyd olunur ki, Ərdoğanla yanaşı, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da Soçiyə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir