Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında deyib.
Türkiyə dövlət başçısı bildirib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.
O vurğulayıb ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş naziri, həm də Azərbaycanı ciddi narahat edib:
“Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxdı. Bu arada təbii ki, qardaşlarımızı şəhid etməkləri də hadisəni çox fərqli səviyyəyə çatdırdı. Xəbərdarlıqlar edildi, ancaq bütün bu xəbərdarlıqlara baxmayaraq, öz bildiklərini etməyə davam etdilər və Azərbaycan da addım atdı, çox gec olmadan orada əməliyyatlarını başa vurdu”.
Azinformasiya.az