Ərdoğan: Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağıq

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

“Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətimiz var”, – o söyləyib.

Türkiyə liderinin sözlərinə əsasən, “Taxıl sazişi”nin müddətinin daha 2 ay uzadılması məhz onun Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinə görə mümkün olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir