Ərdoğan Putinlə Qarabağ məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Azinformasiya.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

R.T.Ərdoğan Dağlıq Qarabağda yenidənqurma işlərinin davam etdiyini, nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gələ biləcəyini bildirib.

Məlumata görə, tərəflər Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir