Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın özünün andiçmə mərasimində iştirak etməsini şərh edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə, o, Azərbaycan səfərinin nəticələri ilə bağlı jurnalistlərə müsahibəsində bildirib.
Ərdoğan Paşinyanın bu dəvəti qəbul etməsinin mühüm addım olduğunu qeyd edib: “Yəni bu məqamda Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz bu mərasimdə Baş nazir Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim”.
Türkiyə dövlət başçısı, həmçinin qeyd edib ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi:
“Təbii ki, bunu dərk etmək irəliləyişdir. Lakin Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”.
Azinformasiya.az