“Bir millət – iki dövlət” şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik və səssiz qalmadıq”.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Biz indi Azərbaycandayıq. Niyə? Çünki onlar bizim qardaşlarımız, soydaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk qrupu, təəssüf ki, bizim azərbaycanlı qardaşlarımızı orada, Azərbaycan türklərinin təbirincə, qaçqın yaşadıb. 28 il davam edən bu acımasız işğala Minsk qrupu həll tapa bilmədi. Həmişə baş qatırdılar. Çünki həll yolu tapmaq kimi dərdləri də yox idi. İndi azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll ediblər. Dünən İlham Əliyev qardaşımızın açıqlamalarını izlədik. Niyə? “İki dövlət – bir millət” olmanın eşqi budur, ona görə. Dünən Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz, enməyəcəkdir! Bu münasibətlə İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa vaxtda işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təhvil veriləcək”, – o qeyd edib.