Ərdoğan İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün şərtini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün şərtini açıqlayıb.

Azinformasiya.az xəbər verir ki, Ərdoğan Ankarada Finlandiya Prezidenti ilə birgə mətbuat konfransında İsveçlə danışıqların Alyansın prinsipləri və Türkiyənin terrorla mübarizəyə yanaşması çərçivəsində davam edəcəyini bildirib.

Prosesin necə inkişaf edəcəyinin birbaşa İsveçin atacağı konkret addımlardan asılı olacağını qeyd edən Ərdoğan İsveçin terrorçulara qucaq açdığını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir