İranın nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətli Yaxın Şərqdə sülhə və sabitliyə qarşı yönəldilib.
Azinformasiya.Az Türkiyə Prezidenti Administrasiyası dəftərxanasına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə telefon danışığının gedişatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçıları həmçinin Türkiyə və İran arasında əlaqələrin gücləndiriməsini müzakirə ediblər. Danışıqlar zamanı eləcə də regional hadisələr diqqət mərkəzində olub.
Ərdoğan və Ruhani o cümlədən Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. “Prezident Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində yeni era başladı. Möhkəm sülhün və sabitliyin qurulması yeni imkanlar açacaq, regionun bütün ölkələrinə xeyir gətirəcək”, – açıqlamada bildirilir.