Ərdoğan çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdıqdan sonra “Twitter”-də paylaşım edib.

 

Azinformasiya.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan səhər saatlarından seçki məntəqələrində fədakarlıqla vəzifələrini yerinə yetirən hər bir tərəfdarına təşəkkür edib.

“Nəticələr dəqiqləşənə qədər bütün qardaşlarımı seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi millətimizin başımız üzərində olan iradəsini sona qədər qorumaq vaxtıdır!”, – deyə paylaşımda qeyd edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir