Ərdoğan: BMT Kiprdəki sabitliyi pozan davranışlarından əl çəkib bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməlidir

BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respublikasının suverenliyi altında olan ərazidə güc tətbiqi bizim üçün heç bir zaman qəbuledilməzdir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O vurğulayıb ki, BMT sabitliyi pozan davranış əvəzinə adadakı bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməlidir.

Türkiyə lideri, eyni zamanda qeyd edib ki, ölkəsi ŞKTR-nın hüquqlarını müdafiə etməyə davam edəcək. Onun sözlərinə əsasən, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında iştirakı və bəzi ölkələrin diplomatik nümayəndəliklər açma kimi istəkləri ŞKTR-nın təbii hüququdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir