Ərdoğan: Bayden F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir

Türkiyə və ABŞ strateji tərəfdaşlığa malik iki önəmli ölkədir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammitindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Türkiyə lideri bildirib ki, onun amerikalı həmkarı ilə görüşü “çox məhsuldar” keçib.

“Görüş təxminən 1 saat 15 dəqiqə çəkdi. Bayden və onun administrasiyası əslində F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir. İndi həm o, həm də xarici işlər naziri “biz bu məsələnin üzərindəyik, onu izləyirik” dedilər. Əlbəttə ki, xarici işlər nazirimiz Hakan bəy, İbrahim bəy və Yaşar Paşamız da də eyni şəkildə tərəfdaşları ilə görüşərək bu prosesin müsbət nəticə verməsini təmin edəcəklər”, Türkiyə dövlət başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir