Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə lideri Səudiyyə Ərəbistanına səfərə getməzdən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Suriya ilə münasibətlərimizi kəsmək, bu ölkəyə qapını bağlamaq müzakirə mövzusu deyil. Qapı açıqdır. Biz Bəşər Əsədlə görüşmə məsələsinə qapalı deyilik. Onunla görüşərik. Ancaq bütün məsələ onların bizə yaxınlaşma tərzi ilə bağlıdır. Əsəd Türkiyənin Suriyanın şimalından çıxmasını istəyir. Biz orada terrorla mübarizə aparırıq, sərhədimizdəki terrorla mübarizə aparırıq. Türkiyə oradan təhdid olunur. Biz ədalətli yanaşma istəyirik, bu olduqdan sonra bütün məsələlərin öhdəsindən gələrik”, – Ərdoğan vurğulayıb.
Azinformasiya.az