Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı

“Ciddi tədbirlər görmüşük. Bundan sonrakı prosesdə də görəcəyik. Azərbaycanla imzalanan anlaşmaların hamısı ehtiyat tədbiridir”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Rusiya ilə müqavilələrimiz çox həssasdır. Bu həssaslığımızı davam etdiririk. Rusiya ilə, İranla, Azərbaycanla imzalanan belə anlaşmalar bizim böhranlar yaşamayacağımıza işarədir.

Sadəcə İngiltərə deyil, bir çox Qərb ölkələrində problemlər davam edir. Bizim indi belə bir problemimiz yoxdur”, – Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanla Türkiyənin yeni təbii qaz müqaviləsi imzaladığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir