Ərdoğan Azərbaycan xalqını təbrik etdi

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunması ildönümünü ən səmimi diləklərimlə təbrik edirəm”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi tviter hesabında yazıb.

“Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşa və qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”, – deyə Ərdoğan öz paylaşımında qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir