Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.
O, artıq layihənin təməli atıldığını və 1 il ərzində həmin evlərin zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcəyini vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, şəhərcikdə məktəb, məscid və başqa tikililər də inşa ediləcək.
Azinformasiya.az