Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasitası məlumat yayıb.

Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə sonlandırmaq üçün səy göstərdiyini bildirib.

Ərdoğan bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması üçün Türkiyənin diplomatiyaya üstünlük verdiyini vurğulayıb.

Bundan başqa, görüşdə Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir