“Biz bu gün müasir Azərbaycanın əsasını qoyan, onun uğurlarının təməlini qoyan Heydər Əliyevin 100 illiyini qeyd edirik”.
Azinformasiya.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ərəb Parlamentinin Prezidenti Adel bin Əbdulrəhman əl-Asumi bildirib.
Ərəb Parlamentinin Prezidenti söyləyib ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub: “Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izi tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq”.
Azinformasiya.az