“Azərbaycan və Ermənistan liderləri Qarabağda qan tökülməsini dayandırmaqla siyasi müdriklik nümayiş etdirdilər”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bu, o zaman mümkündür ki, hər iki ölkə dinc yanaşı yaşamağın faydalarını qiymətləndirsin:
“O zaman regionda nəqliyyat və iqtisadi əlaqələr blokadadan çıxacaq. Bu da Azərbaycan və Ermənistanın təhlükəsizliyinə şərait yaradacaq”.