Milli Məclisin deputatı Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.
Azinformasiya.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ə.Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.