Əfqanıstanda maşında partlayıcı qurğu işə düşüb, ölənlər var.
Azinformasiya.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində içərisində bomba olan avtomobilin partladıldığı məlumatda qeyd olunub.
Bildirilib ki, partlayışı törədənlər əyalət başçısını hədəf alıb.
Ölən və xəsarət alanların sayı barədə açıqlama verilmir.
Azinformasiya.az