Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub

Əfqanıstanın Vardak əyalətinin Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində 5 uşaq ölüb, ikisi yaralanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pajhvok agentliyi əyalətin səhiyyə departamentinin məlumatlarına istinadən məlumat yayıb.

Ölən və yaralananların yaşının 12-dən çox olmadığı bildirilib. Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

UNICEF-in məlumatına əsasən, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak və ya şikəst olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir