Əfqanıstanda 3 Britaniya vətəndaşı saxlanılıb

Böyük Britaniyanın 3 vətəndaşı Əfqanıstanda Taliban Hərəkatı tərəfindən saxlanılıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda “The Mail on Sunday” qəzeti məlumat yayıb.

Belə ki, 53 yaşlı həkim Kevin Kornuell və Kabildə humanitar işçilər üçün mehmanxananı idarə edən digər Britaniya vətəndaşı yanvarda saxlanılıb.

Saxlanılan üçüncü şəxs isə 23 yaşlı Maylz Rautlecdir. Maylz Rautlec əvvəllər “YouTube”-də əyləncə üçün dünyanın ən təhlükəli ölkəsinə səfər etməsi ilə bağlı lovğalanıb.

Taliban Hakimiyyətə gəldikdən sonra Böyük Britaniyanın Əfqanıstandakı səfirliyi fəaliyyətini dayandırıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Əfqanıstanda saxlanılanlara əlaqə yaradılmasının təmin edilməsi üçün səy göstərilir, ailələrinə dəstək verilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir