“Bildiyiniz kimi, Əfqanıstandakı bütün əsgərlərimizi çıxarmışıq, orada əsgərimiz yoxdur”.
Azinformasiya.Az xəbər verir ki, bunu Soçidən rəsmi səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Lakin “Taliban” bizimlə düzgün şəkildə əməkdaşlıq edərsə, onlarla görüşmək barədə qərəzli fikrimiz yoxdur. Çünki Əfqanıstan xalqı ilə yüz illərə söykənən keçmişimiz var. Rəhbərliklə də razılıq halında hər cür danışıqlar apara bilərik. Buna da qapımız açıqdır”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan, həmçinin vurğulayıb ki, Türkiyə hazırda Kabil hava limanının təhlükəsizliyini təmin etmək prosesinə qatılmasa da, gələcəkdə iştirak edə bilər.