Əfqanıstan və Pakistanda baş verən zəlzələdə həyatını itirənlərin sayı 13 nəfərə çatıb

Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda “Al Jazeera“ məlumat yayıb.

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfərin öldüyü bildirilib.

Əfqanıstanın şərqindəki Laqman əyalətində ölənlərin sayı isə dördə çatıb.

Qeyd edək ki, ötən gün baş vermiş yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir